Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Chess Tour Azerbaijan” layihəsi “Lənkaran Open” festivalı ilə davam edir.
Bu gün Lənkəranda yarışın açılış mərasimi keçirilib. Turnirdə 4 ölkə təmsil olunur. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı iştirak edir.
Qeyd edək ki, “Lənkəran Open” İsveçrə sistemi üzrə 9 turda keçiriləcək və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində həm də sürətli və blits turnirləri təşkil olunacaq.
