Lənkəran Open 2026 Beynəlxalq Şahmat Festivalı çərçivəsində keçirilən blits (ildırım) turniri yüksək idman mübarizəsi və gərgin oyunlarla yadda qaldı. Yarışda Azərbaycanla yanaşı müxtəlif ölkələri təmsil edən güclü şahmatçılar iştirak edərək qalibiyyət uğrunda mübarizə apardılar.
Turnirin yekun nəticələrinə əsasən birinci yeri İran təmsilçisi, FM Ramtin Kakavand 8,5 xalla qazandı. O, bütün turnir ərzində sabit və inamlı çıxışı ilə rəqiblərini qabaqlamağı bacardı.
İkinci yeri Macarıstanı təmsil edən GM Sanan Sjugirov 8 xalla tutdu. Böyük usta turnirin ən reytinqli iştirakçılarından biri kimi yüksək səviyyəli oyun nümayiş etdirdi.
Üçüncü yerin sahibi isə Azərbaycanın gənc şahmatçısı Cavad Mursalzadə (U14) oldu. O, 7 xal toplayaraq təcrübəli rəqiblərlə uğurlu mübarizə apardı və festivalın ən uğurlu gənc iştirakçılarından biri kimi diqqət çəkdi.
İlk beşliyi aşağıdakı şahmatçılar tamamladılar:
1-ci yer – FM Ramtin Kakavand (İran) – 8,5 xal
2-ci yer – GM Sanan Sjugirov (Macarıstan) – 8 xal
3-cü yer – Cavad Mursalzadə (Azərbaycan, U14) – 7 xal
4-cü yer – Kamran Babayev (Azərbaycan, U12) – 7 xal
5-ci yer – FM Allahverdi Həmidov (Azərbaycan) – 6,5 xal
Lənkəran Open 2026 Beynəlxalq Şahmat Festivalı A və B qruplarında yarışlarla davam edir.
